Xəbər axtarın

Son axtarış nəticələri:

Formula-1: Sıralama turunun 2-ci sessiyası başa çatdı

20.09.2025 17:46

Bakıda təşkil olunan Formula-1 üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.

Primeinfo.az xəbər verir ki, mübarizəyə saat 16:00-da start verilib.

Yekunda əsas yarışa birinci sırada başlayan pilot müəyyənləşəcək.

***

Bakıda təşkil olunan Formula-1 üzrə Azərbaycan Qran-prisinin sıralama turunda qəza baş verib.

Məlumata görə, “Uilyams” komandasından Aleksander Albon və “Kik-Zauber” komandasından Niko Hyolkenberqin idarə etdiyi bolidlər səddə dəyib.

Qırmızı bayraq qaldırılıb və sessiya müvəqqəti dayandırılıb.

Onun idarə etdiyi bolid səddə dəyib. Qırmızı bayraq qaldırıldıqdan sonra sessiya müvəqqəti dayandırılıb.

***

Bakıda keçirilən Formula-1 üzrə Azərbaycan Qran-prisində daha bir pilot uğursuzluqla üzləşib.

Məlumata görə, “Haas” komandasının sürücüsü Oliver Bermanın bolidində problem aşkarlanıb.

O, sıralama turunun ikinci sessiyanın əvvəlində mübarizəni dayandırmalı olub.

***

Bakıda təşkil olunan Formula-1 üzrə Azərbaycan Qran-prisində sıralama turunun ikinci sessiyası başa çatıb.

Məlumata görə, hələlik ən yaxşı nəticəni “Red Bull” Maks Ferstappen göstərib.

15-ci pillədəki Oliver Berman (“Haas”), 14-cü Lens Stroll (“Aston Martin”), 13-cü Qabriel Bortoleto (“Kik-Zauber”), 12-ci Lyuis Hemilyon və 11-ci Fernando Alonso (“Aston Martin”) üçüncü – sonuncu sessiyada iştirak etməyəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

Paylaş: