İranda Ukrayna Prezidenti Vladimir Zelenskiyə məktub yazan şəxs edam edilib.
Primeinfo.az xəbər verir ki, bu barədə “AP Nyus” məlumat yayıb.
Bildirilir ki, Babək Şahbazi adlı şəxs İranın məlumat mərkəzləri və təhlükəsizlik obyektləri haqqında məxfi informasiyaları toplayıb İsrailə satmaqda ittiham olunur.
Lakin fəallar onun həbsinin əsl səbəbinin Ukrayna Prezidenti Vladimir Zelenskiyə Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq və Rusiyaya qarşı döyüşmək arzusunu ifadə etdiyi məktub olduğunu iddia edirlər. Hesab edirlər ki, onun “etirafları” işgəncələr altında alınıb və ittihamlar siyasi motivlidir.