İsrail ordusu Qəzza zolağına nəzarəti ələ keçirmək məqsədilə genişmiqyaslı quru hücumuna başlayıb.
Primeinfo.az “Aljazeera”ya istinadən xəbər verir ki, İsrail qüvvələri Qəzza şəhərinin şimalında yerləşən bir evi bombalayıb. Nəticədə 8 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.
“WAFA” agentliyi isə son 24 saat ərzində bölgədə 62 nəfərin həlak olduğunu bildirib.