Məşhur aktor Robert Redford vəfat etdi

16.09.2025 17:27

Tanınmış amerikalı aktyor, kinorejissor və prodüser Robert Redford 89 yaşında vəfat edib.

Primeinfo.az-ın xəbərinə görə, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Aktyorla birlikdə işləyən “Rogers & Cowan PMK” agentliyinin icraçı direktoru Sindi Berqer bildirib ki, Redford Yuta ştatındakı evində, yuxuda olarkən dünyasını dəyişib.

Qeyd edək ki, R.Redford “Butç Kessidi və Sandens Kid”, “Prezidentin bütün adamları”, “Dələduzluq”, “Kondorun üç günü” filmlərində yaratdığı obrazlarla məşhurlaşıb.

1980-ci ildə Redfordun rejissorluğu ilə çəkilmiş “Adi insanlar” filmi ona ən yaxşı rejissor kimi “Oskar” mükafatını qazandırıb.

 

 

 

 

Поделиться: