
Pakistanda Federal Polis qərargahının yaxınlığında güclü partlayış baş verib. Hadisə nəticəsində 10 nəfər insanın həlak olduğu, 32 nəfərin yaralandığı bildirilir.
Primeinfo.az Pakistan mediasına istinadən bildirir ki, hadisə Bəlucistan əyalətinin Kvetta şəhərində baş verib. İlkin versiyaya görə, bomba bina yaxınlığında partlayan avtomobilin içinə qoyulub.
Partlayışdan sonra Bəlucistan Səhiyyə Departamenti bütün region üzrə xəstəxanalarda fövqəladə vəziyyət elan edib. Yaralılar yerli xəstəxananın təcili yardım şöbəsi və travmatologiya mərkəzinə aparılıb.