Xəbər axtarın

Son axtarış nəticələri:

Qərbi Azərbaycan haqqında silsilə yazılar Avropa mətbuatında - FOTO

29.09.2025 12:00

Macarıstan mediasında Qərbi Azərbaycan mədəniyyəti, xüsusilə aşıq sənətinə həsr olunmuş yazı dərc olunub.

Primeinfo.az xəbər verir ki, Macarıstanın iki nüfuzlu media orqanında – “HelloMagyar” xəbər portalı və “Dailynewshungary” saytında “Qərbi Azərbaycanın ruhunu yaşadan” başlıqlı yazı macar və ingilis dillərində dərc edilib. Budapeştdəki Azərbaycan Evinin təşkilati dəstəyi ilə yayımlanan yazılar Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin təqdimatı əsasında oxuculara çatdırılıb.
Birliyin icra etdiyi layihə çərçivəsində Qərbi Azərbaycan mövzusunda Avropanın digər ölkələrinin media orqanlarında da silsilə yazılar dərc olunub. Belə ki, Çexiya, Albaniya, Gürcüstan və Avstriya mətbuatında Qərbi Azərbaycanın tarixi və coğrafiyası, Zəngəzur bölgəsi haqqında məlumatlar, həmçinin Zəngəzur dəhlizinin açılışının region və Avropa üçün strateji əhəmiyyəti barədə məqalələr yayımlanıb.
Bundan əlavə, yazılarda Qərbi Azərbaycan ərazisində aşkarlanan dünya əhəmiyyətli arxeoloji abidələr, UNESCO-nun qeyri-maddi mədəni irsi sayılan aşıq sənəti, zəngin naxışları ilə seçilən xalçalar, eləcə də İrəvan mətbəxi barədə geniş məlumat təqdim olunub.
Qərbi Azərbaycanla bağlı məqalələr Macarıstan mediası ilə yanaşı, Çexiyanın məşhur “Prague Morning”, Albaniyanın “Albanian Daily News”, Avstriyanın “Avstriya Günlüyü” və Gürcüstanın üç dildə yayımlanan “Geocohub” saytında da müxtəlif dillərdə – ingilis, macar, bolqar, alman, gürcü və rus dillərində oxuculara çatdırılıb.
Qeyd edək ki, bu məqalələr QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Tərəfsiz (Parlament) Jurnalistlər Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycana qayıdış xarici mediada” layihəsi çərçivəsində hazırlanıb.
Yazılarla aşağıdakı linklərdən tanış olmaq mümkündür:

A Nyugat-Azerbajdzsán lelkét fenntartó muzsikusok

The TRIPP Corridor: From the White House to Western Azerbaijan

Minstrels who keep the spirit of Western Azerbaijan alive 

Discovering the Culinary Treasures of Western Azerbaijan: Irevan Cuisine and Beyond

https://albaniandailynews.com/search.php?s=tripp%C2%A0

 

Paylaş: