Rusiyada 160 min nəfər hərbi xidmətə göndərildi

22.09.2025 15:41

Rusiyada yaz çağırışı zamanı 160 min nəfər hərbi xidmətə göndərilib.

Primeinfo.az xəbər verir ki, bunu Rusiya silahlı qüvvələrinin Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəisi Vladimir Tsimlyanskiy bildirib.

Onun sözlərinə görə, orduya payız çağırışı Vahid Hərbi Qeydiyyat Reyestrindən istifadə edilməklə aparılacaq: “Payız çağırışı oktyabrın 1-dən dekabrın 31-dək davam edəcək”.

Rusiya MN rəsmisi payızda hərbi xidmətə çağırışın “xüsusi hərbi əməliyyat”la bağlı olmadığını da vurğulayıb.

 

Поделиться: