Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan paralimpiyaçısı Avropa çempionatında daha bir medal qazanıb

06.10.2025 15:59

Azərbaycan paragüllə atıcısı Kamran Zeynalov Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında daha bir gümüş medal qazanıb.

Primeinfo.az-ın məlumatına görə, o, bu dəfə 50 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P4) 221.6 xalla ikinci yeri tutub.

Qeyd edək ki, paralimpiyaçı daha əvvəl qitə çempionatında qarışıq komanda üzrə 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P6) Aybəniz Babayeva ilə birlikdə gümüş medala sahib çıxıb.

Paylaş: