Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanılacaq

06.10.2025 12:43


Səhiyyə Nazirliyi payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılma riskinə qarşı vaksinlər gətirib.

Bu barədə Primeinfo.az-a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, ölkəyə gətirilən qrip əleyhinə “Sanofi Pasteur” Fransa şirkətinin istehsalı olan vaksin tam təhlükəsiz və yüksək keyfiyyətlidir.

Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, oktyabrın 8-dən etibarən vaksinasiyaya başlanılacaq.

Xüsusilə səhiyyə işçilərinin, hamilə qadınların, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı şəxslərin qripə qarşı peyvənd olunması tövsiyə edilir.

Qripə qarşı vaksinasiya ödənişsizdir və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.

Nazirlik əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədilə vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.

 

Paylaş: