Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda palçıq vulkanı püskürdü - VİDEO

11.10.2025 12:59

Sahil qəsəbəsi, Qaradağ Sement Zavoduna yaxın ərazidə vulkan püskürməsi qeydə alınıb. Hadisə yerindən yayılan görüntülərdə vulkan kraterindən qalxan alov aydın görünür.

Primeinfo.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ilkin məlumatlara görə, püskürmə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə FHN-nin əməkdaşları cəlb olunublar. Hazırda mütəxəssislər vulkanın aktivlik səviyyəsini və ətrafa potensial təsirini qiymətləndirirlər.

Qeyd edək ki, Abşeron yarımadası palçıq vulkanlarının çoxluğu ilə tanınır və bu kimi püskürmələr ərazidə vaxtaşırı baş verir. Mütəxəssislərin fikrincə, bu hadisə bölgənin təbii geoloji proseslərinin davamı kimi qiymətləndirilir.

Paylaş: