Xəbər axtarın

Son axtarış nəticələri:

Baxçalı: “Bu ölkə təcili Türkiyəyə birləşməlidir!”

19.10.2025 23:36

“Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTR) prezident seçkiləri ilə bağlı səsvermədə çox az vətəndaş iştirak edib. Kipr türklüyün taleyini bu nəticə ilə təmsil edə bilməz”.

Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı ŞKTR-də prezident seçkilərinin nəticələrini şərh edərkən deyib.

O bildirib ki, ŞKTR parlamenti təcili toplanmalıdır:

“Seçki nəticələri qəbul edilməməli və Türkiyəyə birləşmə ilə bağlı qərar qəbul edilməlidir”.

Qeyd edək ki, Şimali Kipr Türk Respublikasında oktyabrın 19-da keçirilən prezident seçkilərində ilkin nəticələrə görə, Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb. O, adada federasiya qurulmasının tərəfdarı kimi tanınır.

Qeyd edək ki, Kiprdə baş tutan prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb.

Paylaş: