
Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində Prezident Administrasiyasının keçmiş rəhbəri, cinayət məsuliyyətinə cəlb edilən və barəsində 4 aylıq ev həbsi seçilən Ramiz Mehdiyevin evlərindən biri – malikanəsinin görüntüləri nümayiş olunub.
Primeinfo.az xəbər verir ki, jurnalist Aygün Muradxanlı Ramiz Mehdiyevlə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri olan Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı evini müqayisə edib.
“Baxın, bu – Azərbaycana xəyanət edən şəxsin evidir. Bu isə Azərbaycan dövlətini quran, bayrağımızı ucaldan, “yoxdan var edən” şəxsin evidir. Bu gün o evi bağça kimi istifadə edirlər”, deyə Aygün Muradxanlı bildirib.