Xəbər axtarın

Son axtarış nəticələri:

Bu ölkədə güclü zəlzələ oldu

27.10.2025 18:57

Karib dənizində Qvadelupa sahillərində (Fransanın dənizaşırı ərazisi) 6,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

ABŞ-nin Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) sunami təhlükəsi elan edib.

Geoloji Xidmətin məlumatına əsasən, zəlzələnin episentri təxminən 22 min nəfərin yaşadığı Sent-Ann şəhərindən 196 km qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Paylaş: