Xəbər axtarın

Son axtarış nəticələri:

“Əli Həsənov hardadırsa, tapıb gətirib, basmaq lazımdır türməyə” - VİDEO

16.10.2025 17:08

“Əli Həsənov hardadırsa, tapıb gətirib basmaq lazımdır türməyə, özü də Ramiz Mehdiyevlə bərabər”.

Primeinfo.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Heydər Oğuz Prime TV-nin “Qırmızı masa” proqramına müsahibəsində bildirib.

Onun sözlərinə görə, “dövlətə xəyanət” kimi ağır ittiham irəli sürüldüyü halda Ramiz Mehdiyevə ev dustaqlığının verilməsi çox yüngül cəzadır.

“IX əsrdə Roma Papasının ölümündən 7 ay keçməsinə baxmayaraq, onu qəbirdən çıxarıb paltar geyindirib məhkəməyə gətirmişdilər, müttəhimlər kürsüsündə oturdub, mühakimə etmişdilər. Dünya ölünü belə, dirildib gətirib məhkəməyə çıxarır. Siz isə bu diriyə deyirsiz, get, evində istirahət et. Bu, cəza deyil, onun üçün kefdir. Sanki deyirsiniz ki, get, kef elə, çölə-bayıra çıxma, birdən yanından yel əsər, xəstələnərsən…”

Paylaş: