Xəbər axtarın

Son axtarış nəticələri:

Əli Mustafa: “Hakimiyyətin içində gizlənmiş böyük şəbəkə var” - VİDEO

17.10.2025 14:32

“Dövlət çevrilişini vəzifədən çıxanlar edə bilməz, dövləti vəzifəsi, gücü olanlar devirə bilər”.

Primeinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Əli Mustafa Prime TV-nin “Qırmızı masa” verilişində debatlar zamanı bildirib.

Ə.Mustafa əminliklə qeyd edib ki, Ramiz Mehdiyevə qarşı qaldırılan cinayət işində digər şəxslər, hətta böyük şəbəkə var:

“Bu şəbəkə hər yerdə var – dövlətin içində, mətbuatda, parlamentdə. Onlar dövlətin içində dövlətdirlər. Dövləti zorla devirmək ittihamı tamamilə doğrudur, şər-böhtan deyil. Dövlət bu qədər ciddi ittihamla Ramiz Mehdiyevə qarşı gedirsə, demək, gerçəkdən nəsə var.

Belə böyük şəbəkə işdən çıxanlardan ibarət ola bilməz– dövləti vəzifəsi, mövqeyi, gücü olanlar devirə bilər. Demək hakimiyyətin içində gizlənmiş şəbəkələr, özü də təkcə Rusiyaya bağlı yox, başqa dövlətlərə bağlı şəbəkələr də var. Ən böyüyü Rusiyaya bağlıdır, amma arasında İran da var, ayrıları da”.

Paylaş: