Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib.
Primeinfo.az xəbər verir ki, dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvəsi Görüşündə iştirak etmək üçün Qəbələ şəhərindədir.
Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.



