Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan Azərbaycana gəlir

03.10.2025 10:52

Oktyabrın 6-7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

Primeinfo.az xəbər verir ki, qardaş ölkənin dövlət başçısı Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə görüşündə iştirak edəcək.

Zirvə toplantısına Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan, Quzey Kıbrıs liderlərinin də qatılacağı gözlənilir.

Tədbir regional sülh və təhlükəsizlik mövzusuna həsr olunacaq.

Zirvə görüşündə Türkmənistanın Türk Dövlətlər Birliyinə üzv olacağı gözlənilir. Hazırda Türkmənistan qurumun müşahidəçi üzvüdür.

Qeyd edək ki, TDT-nin 11-ci Zirvə görüşü ötən ilin noyabrında Qırğızıstanda, qeyri-rəsmi Zirvə görüşü isə bu ilin mayında Macarıstanın paytaxtı Budapeştdə keçirilib.

Paylaş: