Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
Primeinfo.az xəbər verir ki, Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində oktyabrın 6-7-də keçiriləcək növbəti sammitində iştirak edəcək.
Qeyd edək ki, “Regional sülh və təhlükəsizlik” mövzusu altında keçirilən görüşün gündəliyinə təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri daxildir.
