Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan: "Dünyanın 2-ci ən böyük nadir torpaq elementləri ehtiyatına sahibik”

16.10.2025 11:08

“Türkiyə dünyanın ikinci ən böyük nadir torpaq elementləri ehtiyatına sahibdir”.

Primeinfo.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısı ölkəsinin nadir torpaq elementləri və nüvə enerjisi sahəsində strateji planlarından danışıb. Qeyd edib ki, bu günə qədər Eskişehir vilayətinin Büylikova rayonunda nadir torpaq elementləri yatağında 310 müxtəlif yerdə təxminən 125 min metr qazma işi aparılıb. Yataqda 694 milyon ton nadir torpaq elementləri, ilk növbədə barit və flüorit olduğu təsbit edilib:

“Bu yataq nadir torpaq elementləri ehtiyatı üzrə dünyada təxminən 2-ci yeri tutur. 17 nadir torpaq elementindən 10-nun olduğu Beylikova yatağında təxminən 12,5 milyon ton nadir torpaq oksidi var”.

Ərdoğan həmçinin deyib ki, Türkiyənin məqsədi bu sahədə dünyanın aparıcı ölkələri sırasına daxil olmaqdır:

“Nadir torpaq elementləri üzrə dünyanın ən yaxşı 5 ölkəsindən biri olmaq istəyirik”.

Türkiyə lideri Beylikovada yerləşən nadir torpaq elementlərinin başqa dövlətlərə verilməsi barədə yayılan iddiaları qəti şəkildə təkzib edib. Bildirib ki, “bu müzakirə mövzusu belə ola bilməz”.

Paylaş: