Xəbər axtarın

Son axtarış nəticələri:

"Ermənistan-Türkiyə sərhədinin Yerarsx–Sədərək hissəsinin də açılması zəruridir" – Mirzoyan

27.10.2025 17:38

“Yerarsx-Sədərək yolunun da blokadadan çıxarılması, açılması lazımdır”. 

Primeinfo.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

Nazir bildirib ki, Ermənistan-Türkiyə sərhədinin Yerarsx–Sədərək istiqamətinin də blokadadan çıxarılması vacibdir:

“Bu, ya üzvi başlanğıc, ya da bütün regional infrastrukturun blokdan çıxarılmasının davamı olmalıdır”, – Mirzoyan deyib.

Onun sözlərinə görə, əgər Ermənistanın cənubundan keçən dəmir yolu işə düşərsə, Naxçıvandan keçən dəmir yolunun da fəaliyyətə başlaması məntiqli olardı.

“Əks halda, məntiq sadəcə iflasa uğrayır”, – nazir vurğulayıb.

Paylaş: