Ermənistanda güc strukturları keşiş Paren Arakelyanı saxlayıb.
Primeinfo.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsinin informasiya xidmətinin direktoru, keşiş Esai Artenyan məlumat verib.
P.Arakelyan ağır cinayətlərin araşdırılması şöbəsinə aparılıb.
Bununla da, Ermənistanda saxlanılan keşişlərin sayı 6-ya çatıb.
Qeyd edək ki, II Qareginin qardaşı oğlu, Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtiç Proşyanın evində axtarış aparılıb və o özü də istintaq şöbəsinə aparılır.