Xəbər axtarın

Son axtarış nəticələri:

Ermənistanda hərbi xidmət müddəti azaldılacaq - Paşinyan

21.10.2025 13:26


Baş nazir Nikol Paşinyan bəyan edib ki, yanvarın 1-dən hərbi xidmət müddəti iki il deyil, bir il yarım olacaq.

Primeinfo.az xəbər verir ki, Paşinyan bu haqda “Facebook” sosial şəbəkəsində yazıb.

O müdafiə nazirinin parlamentdəki müzakirələr nəticəsində Ermənistanda hərbi xidmət müddətinin iki il deyil, 1,5 il müəyyən edilməsini təklif edən qanunvericilik təşəbbüsünü dövriyyəyə buraxdığını xatırladıb:

“İlkin olaraq bu reqlamentin 2026-cı ildən qüvvəyə minməsi nəzərdə tutulurdu.Yay çağırışından bu gün müdafiə naziri ilə, əvvəlki dövrdə isə deputatlarla müzakirə apardım və qərara gəldik ki, qanun daha tez, yəni 2026-cı il yanvarın 1-dən qüvvəyə minsin. Başqa sözlə, 2026-cı il yanvarın 1-dən qış çağırışından Ermənistanda hərbi xidmət müddəti iki il deyil, bir il yarım olacaq”.

Paylaş: