Xəbər axtarın

Son axtarış nəticələri:

FHN-in idarə rəisi işdən çıxarıldı

15.10.2025 19:13


Fövqəladə Hallar Nazirliyində idarə rəisi vəzifəsindən azad olunub.

Primeinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Rüfət Ağazadə FHN-nin Əsaslı Tikinti İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Məlumata görə, ona Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində vəzifə verilib.

Qeyd edək ki, Rüfət Ağazadə 2006-cı ildən Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2022-ci ilin iyul ayında FHN-nin Əsaslı Tikinti İdarəsinin rəisi təyin olunmuşdu.

İxtisasca memar olan sabiq rəis Azərbaycan Memarlar İttifaqının üzvüdür.

Paylaş: