Xəbər axtarın

Son axtarış nəticələri:

Fransanın keçmiş prezidenti həbsxanaya aparılıb

21.10.2025 11:49


Fransanın keçmiş prezidenti Nikola Sarkozi həbsxanaya salınıb.

Primeinfo.az xəbər verir ki, o, həyat yoldaşı Karla Bruni ilə birlikdə evinin qarşısında toplaşan tərəfdarlarını salamlayıb, daha sonra isə onu həbsxanaya aparacaq avtomobilə əyləşib.

Nikola Sarkozi Parisin 14-cü bölgəsində, Senanın sol sahilində yerləşən Sante həbsxanasında saxlanılacaq.

Qeyd edək ki, 2007-2012-ci illərdə Fransaya rəhbərlik edən Sarkozi korrupsiyada ittiham olunur. O, sentyabrın 25-də Liviya kampaniyasının maliyyələşdirilməsi işində “cinayətkar qruplaşmada şəriklik” ittihamı üzrə təqsirli bilinib, lakin dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya maddələrində bəraət alıb.

Məhkəmə 2007-ci il seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsinə dair heç bir sübut tapmayıb, amma Sarkozini 5 il həbs cəzasına məhkum edib.

O, Fransanın müharibədən sonrakı tarixində həbs olunan ilk prezidentdir.

Paylaş: