Günəş fəallığının xeyli dərəcədə artdığı qeydə alınıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz “Telegram” kanalında məlumat yayıb.
Bildirilir ki, oktyabr 15-də günəşdə M4.8 səviyyəli alışma qeydə alınıb:
“Kataloqlara görə, bu, son dörd ay ərzində öz gücünə görə ikinci hadisədir. Bu alışmanın gün ərzində yayın əvvəlindən etibarən ilk dəfə “X” səviyyəsinə çatacağı gözlənilir”.
Günəş alışmalarının öz gücünə görə son bir neçə ayda maksimuma çatacağı gözlənilir. Cədvəl məlumatları Günəşin fon şüalanmasının davamlı artdığını göstərir. Bu o deməkdir ki, Günəş hazırda hətta parlaq partlayışlar olmadığı halda belə güclü alışmalara xas rentgen şüaları yayır.