Xəbər axtarın

Son axtarış nəticələri:

İlham Əliyev: İşğaldan azad edilən ərazilərdə 29 kütləvi məzarlıq aşkar edilib

09.10.2025 11:02


“Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə 29 kütləvi məzarlıq aşkar edilib. Məzarlıqlardan tapılmış meyitlərin qalıqlarının ekspertizası qətlə yetirilmiş azərbaycanlıların dəhşətli işgəncələrə məruz qoyulduqlarını sübut edir”.

Primeinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirilib:

“Bu, çox ağır mənzərədir. İnsanların kütləvi şəkildə, işgəncə ilə öldürülməsi, qeyri-insani qaydada basdırılması və cinayətin izlərinin itirilməsi beynəlxalq hüquq normalarının ciddi pozuntusudur”.

Prezident həmçinin qeyd edib ki, bu günədək müharibə dövründə itkin düşmüş 187 nəfərin şəxsiyyəti eyniləşdirilərək dəfn edilib.

Paylaş: