Xəbər axtarın

Son axtarış nəticələri:

İsrail Livana zərbə endirib

30.10.2025 13:35


İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubuna zərbələr endirib.

Primeinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə IDF-nin “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib.

“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Şimal Komandanlığın rəhbərliyi və Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Livanın cənubundakı əl-Mahmudiyə bölgəsində “Hizbullah”ın infrastruktur obyektlərinə, raket qurğusuna və şaxtasına zərbələr endirib”, – bəyanatda deyilir.

İsrail Müdafiə Qüvvələri bildirir ki, bu bölgədə “Hizbullah”ın infrastrukturunun mövcudluğu İsrail və Livan arasında əldə edilmiş razılaşmaların pozulmasıdır.

 

Paylaş: