Xəbər axtarın

Son axtarış nəticələri:

İsrail ordusu Qəzzanı tərk edir - VİDEO

10.10.2025 13:07

Bu gün İsrail qoşunları Qəzza zolağının bəzi bölgələrindən geri çəkilməyə başlayıb.

Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, bu addım İsraillə HƏMAS arasında əldə olunmuş atəşkəs razılaşmasının ilk mərhələsidir.

İsrail hökuməti HƏMAS-la atəşkəs razılaşmasını rəsmi şəkildə təsdiqləyib.

Razılaşmaya əsasən, hərbi əməliyyatların 24 saat ərzində dayandırılması və Qəzzada saxlanılan israilli girovların 72 saat ərzində azad olunması nəzərdə tutulur.

Bu müddət başa çatdıqdan sonra İsrail Qəzza ərazisinin 53 faizinə, əsasən də şəhər ətrafına nəzarəti saxlayacaq. Bura İsrailin Qəzza zolağı ilə sərhədi boyunca bufer zonası və Misirlə Qəzza arasındakı Filadelfiya dəhlizi daxildir.

Bundan əlavə, İsrail hərbçiləri Qəzza zolağının şimalındakı Beyt Laxiya və Beyt Xan bölgələrində, cənubda isə Rəfah və Xan Yunisin bəzi ərazilərində qalacaq.

Paylaş: