
İstanbulda İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib, 13 şübhəli saxlanılıb, 2 nəfərin axtarışı davam edir.
Primeinfo.az xəbər verir ki, əməliyyat İstanbul Respublika Baş Prokurorluğu tərəfindən İŞİD-də qarşı aparılan istintaq çərçivəsində baş tutub.
Araşdırmada 15 şübhəli şəxsin terror təşkilatı və münaqişə bölgələri ilə təmasda olduğu müəyyən edilib.
Onlardan 3-nün “xarici terrorçu döyüşçü” olduğu, 12 nəfərin isə sosial media vasitəsilə İŞİD-in təbliğatını apardığı aşkarlanıb.