Türkiyənin İstanbul şəhərinin Tuzla bölgəsində gəmidəki güclü partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə Tuzladakı tərsanədə təmir işləri aparılan gəmidə baş verib.
Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Partlayış gəminin mühərrik otağında baş verib. Hadisə yerinə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub, yaralılar xəstəxanaya yerləşdirilib.