Xəbər axtarın

Son axtarış nəticələri:

Ləğv olunan "JEK"ləri kim maliyyələşdirir? - ŞƏRH - VİDEO

25.10.2025 17:00

“Azərbaycan qanunvericiliyində Mənzil İstismar Sahələri (MİS) və ya daha çox “JEK” adlanan qurum yoxdur. Bu qurum sovet dövründən qalmadır və çoxdan ləğv olunub”. 

Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalist Aygün Muradxanlı Prime TV-nin “Qırmızı masa” proqramında deyib.

Onun sözlərinə görə, Mənzil Məcəlləsində “JEK”lərin mənzil idarəçiliyində iştirakı nəzərdə tutulmayıb. Ümumiyyətlə, belə bir qurum mövcud deyil.

“Bəs onda “JEK” işçiləri haradan maaş alırlar? Necə vergi verirlər? Onları kim maliyyələşdirir? Mən bu sualı Maliyyə Nazirliyinə verirəm. “JEK”lərin yeri, statusu, mövqeyi nədən ibarətdir? Onların oturduqları binalar kimin balansındadır? Onlar Kremldən idarə olunurlar? Yəni, “JEK” deyib keçməyək. Çünki onlar bizim informasiya banklarımıza sahibdirlər”.

Qeyd edək ki, 2018-ci ilin dekabrında qəbul edilən yeni Mənzil Məcəlləsində Mənzil İstismar Sahələri ləğv olunsa da, hələ də bu qurum qeyri-qanuni olaraq fəaliyyət göstərməkdədir.

 

 

 

Paylaş: