
Milyarder İlon Mask tarixdə sərvəti 500 milyard dollara çatan ilk şəxs olub.
Primeinfo.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
Hesablamalara görə, 54 yaşlı Maskın “Tesla” da daxil olmaqla bütün aktivlərinin dəyəri oktyabrın 1-də 500 milyard dolları keçib.
Jurnalın proqnozlarına görə, əgər onun sərvəti yaxşılaşmağa doğru davam edərsə, 2033-cü ilin martına kimi dünyanın ilk trilyoneri ola bilər.
Qeyd edək ki, İlon Mask ilk dəfə 2021-ci ilin sentyabrında “Forbes” tərəfindən planetin ən varlı adamı kimi tanınıb.