
Tacikistanda keçirilən sammitin yekunları üzrə MDB ölkələrinin liderləri 19 sənəd imzalayıblar.
Primeinfo.az xəbər verir ki, bu barədə Tacikistan KİV məlumat yayıb.
2026-2028-ci illər üzrə MDB-yə üzv dövlətlərin terrorizm və ekstremizmə qarşı mübarizə sahəsində əməkdaşlıq Proqramı, 2026-2030-cu illər üzrə xarici sərhədlərdə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə Proqram, regional enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Bəyannamə və digər məsələlər imzalanan sənədlər arasında yer alır.
Sammitin əsas qərarlarından biri “MDB+” formatının təsis edilməsi olub.
Bu qərarın qəbulu təşəbbüsü Qazaxıstan tərəfindən irəli sürülüb.