Xəbər axtarın

Son axtarış nəticələri:

MDB üzvləri iqtisadi əməkdaşlığı inkişaf etdirir

10.10.2025 12:06

“Tacikistanın MDB-yə sədrlik etdiyi il iqtisadiyyat, nəqliyyat və rəqəmsal inteqrasiya sahələrində əməkdaşlığın genişlənməsi ilə yadda qalıb”.

Primeinfo.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon MDB Dövlət Başçıları Şurasının iclasını açarkən deyib.

“Müxtəlif səviyyəli və formatda onlarla tədbir keçirilib. Təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə üstünlük verilib və ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat-logistika əlaqələrinin inkişafı, rəqəmsal inteqrasiya üzrə işlər davam etdirilib”, – Rəhmon bildirib.

Paylaş: