Notarial orqanlara Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə, onun ailə üzvlərinə, ailə üzvlərinin biznes ortaqlarına məxsus daşınar və daşınmaz əmlakın alqı-satqısının dayandırılması ilə bağlı göstəriş verilib.
İnformasiyalı qaynaqlardan Primeinfo.az-a verilən bilgiyə görə, rəsmi qurumlar Mehdiyev və yaxın-uzaq çevrəsinə aid əmlakların siyahıyaalınması ilə məşğuldurlar. Siyahıda milyard dollarlarla əmlak olması haqqında iddialar var. Bura Bakının və bölgələrin ən bahalı torpaqlarında mülklər, istehsal və xidmət şəbəkəsinə aid onlarla obyekt, Xəzərin Bakı kəndləri zolağında istirahət zonaları, otellər, yüz hektarlarla torpaq sahələri daxildir.
Qərarın Ramiz Mehdiyevin həbs xəbəri yayılandan sonra ölkənin əmlak bazarında yüksək hərəkətlənmə ilə bağlı olduğu bildirilir.