“Bu hakimiyyətin çörəyini yeyənlərin hamısının burnundan gətirilməlidir. Siz bu hakimiyyətin çörəyini yeyib Ramiz Mehdiyev kimi bir köstəbəklə birlikdə hakimiyyətin ayağının altını qazırsınız?”
Primeinfo.az xəbər verir ki, bunu keçmiş maliyyə naziri Fikrət Yusifov Prime TV-nin “Qırmızı masa” proqramına müsahibəsində bildirib.
“Düşünmürsüz ki, cidanı çuvalda gizlətmək olmaz, param-parça olacaqsınız? Eşitdiyimə görə, R.Mehdiyevdən göstəriş alıblar ki, nəyiniz varsa, satın, çıxın. Lakin bizdə olan məlumata görə, notariuslara göstəriş verilib ki, bu adamların alqı-satqı əməliyyatlarını saxlasınlar. Onlar oğurladıqlarını, taladıqlarını dövlətdən gizlətmək istəyirlər.
Siyahıda gördünüz Ramiz Mehdiyevin nələri var? Oxumaqla bitmir. Bunun bir kürəkəni vardı, mən nazir olanda qapıdan qovurdum, pəncərədən içəri girirdi. Hər işlə məşğul olurdu, hər cür mal satırdı”.ə