Xəbər axtarın

Son axtarış nəticələri:

"Ramiz Mehdiyev məndən Əliyevlər ailəsinin büdcəsini soruşdu" - ŞƏRH  

18.10.2025 11:14

“Məndən Əliyevlər ailəsinin büdcəsini soruşdu, cavab verməyəndə çox pərt oldu. Düşmənçiliyimiz də elə oradan başladı”.

Primeinfo.az xəbər verir ki, keçmiş maliyyə naziri Fikrət Yusifov Prime TV-nin “Qırmızı masa” proqramına müsahibəsində Ramiz Mehdiyevlə arasındakı düşmənçiliyin tarixini danışıb.

“1998-ci ildə Netanyahu bir neçə saatlığına Bakıya gəlmişdi. Ulu öndər onu Zuğulbadakı bağ evində qəbul edirdi, mən də görüşə dəvətli idim. Ora gələndə həyətdə Ramiz Mehdiyevlə bir qədər söhbət etdik. Söhbət zamanı hiss etdim ki, bu adam dövlətin ali kürsüsündə otursa da, içində narazıdır. Bu narazılığın ifadəsi olaraq maliyyə məsələləri, büdcədən, neft müqavilələri, neft-qaz satışından danışıldı, sonra da məndən soruşdu ki, “Sən bilərsən, Heydər Əliyev ailəsinin büdcəsi nə qədərdir?”

Mən də cavab verdim ki, “Bilmirəm, amma bilsəm də, açıq deyirəm ki, deməyə haqqım yoxdur, çünki məni bu vəzifəyə Heydər Əliyev təyin edib”.

Bu cavabımdan çox alındı, pərt oldu, gərildi, durumu büruzə verməmək üçün mövzunu dəyişdi. Aramızdakı gərginlik, düşmənçilik elə oradan başladı”.

Paylaş: