Xəbər axtarın

Son axtarış nəticələri:

Məşhur aktyor Kıvanç Tatlıtuğun bacısı həbs edilib - FOTO

22.10.2025 18:07

 


Məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğun bacısı Melisa Dilara Tatlıtuğ həbs olunub.

Primeinfo.az bu barədə “Sabah” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, Melisa Dilara Tatlıtuğ keçmiş ərinin yeni sevgilisinə qarşı zorakılıq tətbiq edib. Onun haqqında məhkəmə prosesi başlanılıb və o, həbsxanaya göndərilib.

Onun qadına qarşı zorakılıq ittihamı ilə həbs olunduğu bildirilir.

Yayılan xəbərlərə görə, Hendek həbsxanasında bir müddət qalan Melisa daha sonra sərbəst buraxılıb.

Tatlıtuğ ailəsindən hələlik hadisə ilə bağlı rəsmi açıqlama verilməsə də, Melisanın vəkili danışıb:

“Bu müddət bundan əvvəl tərəflər arasında mübahisə baş vermişdi. Qarşı tərəfin şikayəti əsasında müvəkkilim Dilarə Melisa Tatlıtuğla bağlı məhkəmə prosesi başlandı. O, prosessual müddəalara uyğun olaraq qısamüddətli həbs cəzasına məhkum edildi, lakin sonradan azad edildi.

Paylaş: