Xəbər axtarın

Son axtarış nəticələri:

Millət vəkilinin mandatı ləğv olunur? - MSK-dan AÇIQLAMA

10.10.2025 12:51


Milli Məclisin deputatı Ramil Həsən mandatının ləğv edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Primeinfo.az xəbər verir ki, bu barədə MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.
O qeyd edib ki, yaxın günlərdə MSK-nın iclasında bu məsələyə baxılıb, qərar veriləcək.

Qeyd edək ki, Ramil Həsən iyul ayında Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında təşkilatın yeni Baş katibi seçilib.

Paylaş: