
İsrailin Baş naziri Benyamin Netanyahu yeni hücum dalğası elan edərək, hərbçilərə “dərhal Qəzza zolağına güclü zərbələr endirməyi” əmr edib.
Primeinfo.az xəbər verir ki, bu barədə “Ynet” nəşri məlumat yayıb.
Məlumata görə, bu qərardan əvvəl təkcə Rəfahdakı hücum deyil, həm də İsrailin HƏMAS-ın atəşkəs razılaşmasını pozan hərəkətlərinə qəzəblənməsi olub.
Xatırladaq ki, oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada atəşkəslə bağlı yekun saziş imzalanmışdı.