Xəbər axtarın

Son axtarış nəticələri:

Nino Tsilosani: "Müstəqilliyin təmini Azərbaycan və Gürcüstanın ən mühüm məqsədidir"

29.10.2025 11:42

“Suverenlik və müstəqilliyin təmin edilməsi Azərbaycanla Gürcüstanın gündəlik mübarizəsi və ən mühüm məqsədidir”.

Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani Milli Məclisdə keçirilən “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransında deyib.

O, xarici müdaxilə və milli suverenliyin ziddiyyət təşkil etdiyini vurğulayıb:

“Qanuni yolla seçilmiş hökumətlərə qarşı bu cür müdaxilələr suverenlik və müstəqillik mübarizəsini labüd edir”.

N.Tsilosani Azərbaycan-Gürcüstan əməkdaşlığının gücləndirilməsi üçün zəruri addımların atıldığını bildirib:

“Enerji-tranzit infrastrukturunun Azərbaycandan Gürcüstan və Türkiyə vasitəsilə dünya bazarlarına çıxışı təmin edilib. Heydər Əliyevin bu məsələdə rolu böyük olub. Hazırda enerji-tranzit əməkdaşlığının daha da inkişaf etdirilməsi üzərində işləyirik”.

Paylaş: