
Maltanın Baş nazirinin müavini, xarici işlər və turizm naziri Yan Borq ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini təklif edib.
Primeinfo.az-ın məlumatına görə, bu barədə Yan Borqun sosial şəbəkələrdəki paylaşımında deyilir.
Nazir Trampın namizədliyini onun Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə verdiyi töhfəyə görə irəli sürdüyünü bildirib.