Xəbər axtarın

Son axtarış nəticələri:

“Ölkəni ermənidən qurtardıq, amma daxildəki düşmənlərdən qurtara bilmirik” – RƏY - VİDEO

20.10.2025 16:18


“Azərbaycanın daxilində nə qədər düşmən olar? Biz ölkəmizi ermənilərdən qurtardıq, amma daxildəki düşmənlərdən qurtara bilmirik”.
Primeinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Bədrəddin Quliyev Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində deyib.
Qeyd edib ki, Prezident Administrasiyasının keçmiş rəhbəri, 4 aylıq ev dustaqlığına məhkum edilmiş Ramiz Mehdiyev başda olmaqla, ölkədəki bütün “milli düşmənlər” Azərbaycan xalqının milli birliyini pozmağa çalışırlar.
Bədrəddin Quliyevin fikrincə, Azərbaycan hakimiyyət daxilində kök salan rusiyapərəst qüvvələrdən, “milli düşmənlər”dən təmizlənməlidir.
Xatırladaq ki, bu gün Ramiz Mehdiyevin səs yazısı yayılıb. Belə ki, Manset.az-ın “Qarabağda əldə etmiş qalibiyyət və dövlət rəhbərinin apardığı siyasət”lə bağlı suallarını cavablandıran R.Mehdiyev “onunla bağlı mənə sual verməyin” deyib.

Paylaş: