Xəbər axtarın

Son axtarış nəticələri:

Pakistan-Əfqanıstan sərhəddində döyüş: ölənlər var

11.10.2025 23:27

Əfqanıstan hərbçiləri Pakistan sərhədində mövqelərinə hücum ediblər.

Primeinfo.az xəbər verir ki, bu barədə Pakistanın təhlükəsizlik mənbələri məlumat yayıb.

Bildirilib ki, Əfqanıstan döyüşçüləri dövlət sərhədinin 5-6 nöqtəsinə səbəbsiz atəş açıb. Qarşı tərəfə qəti və effektiv cavab verilib və atəş açanlar geri çəkilməyə məcbur olublar.

Toqquşmalar Xeyber-Paxtunxva əyalətinin Kurram rayonunda baş verib. Pakistan qüvvələri iki əfqan nəzarət-buraxılış məntəqəsini məhv edib.

Toqquşma nəticəsində iki Pakistan əsgəri və beş Taliban əsgərinin öldürüldüyü deyilir.

Əfqanıstan tərəfi ölənlərin cəsədlərini ərazidə qoyaraq geri çəkilib.

 

Paylaş: