Xəbər axtarın

Son axtarış nəticələri:

Parlament Zəfər Günü münasibətilə Prezident və xanımını təbrik edib

31.10.2025 12:20

Milli Məclis 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.

Primeinfo.az xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bu günkü plenar iclasda çıxış edib.

“Təklif edirəm ki, Zəfər Günü ilə bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayaq və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaq”, – deyə, sədr bildirib.

Deputatlar spikerin təklifini alqışlarla qarşılayıblar.

Paylaş: