
“Daim bilməliyik ki, Ermənistanla Azərbaycan arasında sülh əldə etmək mümkün bir işdir”.
Primeinfo.az xəbər verirki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, Ermənistan müstəqilliyinin ilk günündən münaqişə vəziyyətində olduğundan sülhün nə olduğunu bilmir:
“Müstəqilliyə aparan nisbətən qısa bir dövrdə belə, biz əslində münaqişələrlə dolu bir mühitdə yaşadıq. Sülh içində yaşamaq və sülh şərtlərinə uyğun bir qavrayış və düşüncəyə sahib olmaq asan məsələ deyil. Buna çox diqqətlə yanaşmalıyıq və bu, sülhün qorunması zərurəti baxımından vacib bir komponentdir. Yaranmış sülhü daha da gücləndirmək və daha institusional hala gətirmək üçün onu qorumalıyıq.
Əlbəttə ki, biz bu məsələ üzərində işləyirik. Biz Azərbaycanla diplomatik kanallar vasitəsilə işləməyə davam edirik. Həmçinin müxtəlif səviyyələrdə əlaqələrimiz var”, – Paşinyan bildirib.