Xəbər axtarın

Son axtarış nəticələri:

Paşinyanı tənqid edən vəkil saxlanıldı

17.10.2025 11:19

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tanınmış vəkil Aleksandr Koçubayevi Şenqavit Məhkəməsinin binasında saxlayıblar.

Primeinfo.az xəbər verir ki, bu barədə Erik Aleksanyan məlumat yayıb.

O bildirib ki, Koçubayev arxiyepiskop Baqrat Qalstanyan və onun 17 tərəfdarının işi üzrə məhkəmənin keçirildiyi binadan aparılıb. İclas başlayandan yarım saat sonra dayandırılıb.

Hazırda onun hara aparıldığı məlum deyil.

Ehtimal edilir ki, o, Paşinyan hakimiyyətini tənqid edən paylaşımlarına görə saxlanılıb.

Paylaş: