Xəbər axtarın

Son axtarış nəticələri:

Prezident İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir - FOTO

20.10.2025 16:37


Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfərinə gedib.

Primeinfo.az xəbər verir ki, Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətim başçısını Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Paylaş: