Xəbər axtarın

Son axtarış nəticələri:

Putin: AZAL-ın qəzası ilə bağlı araşdırma obyektiv olacaq

10.10.2025 17:43

Vladimir Putin Rusiya və Azərbaycan münasibətlərindəki vəziyyəti “emosiyalar böhranı” adlandırıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Düşənbədə keçirdiyi mətbuat konfransında bildirib.

“Mən deməzdim ki, biz dövlətlərarası münasibətlərdə böhran yaşadıq. Deyərdim ki, bu, emosiyalar böhranı idi”, – o deyib.

Putinin sözlərinə görə, AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq başa çatmaq üzrədir, hazırda yalnız “detallar və incəliklər” üzərində iş aparılır:

“Biz İlham Əliyevlə razılaşdıq ki, AZAL-ın qəzası ilə bağlı araşdırma obyektiv olacaq. Hazırda istintaq başa çatıb və ümumilikdə hər şey aydındır. Ümid edirəm ki, biz bu səhifəni çevirmişik”.

 

Paylaş: