Xəbər axtarın

Son axtarış nəticələri:

Putin Tokayevlə danışıq apardı

27.10.2025 15:03


Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

Primeinfo.az xəbər verir ki, danışığın əsas mövzusu Qazaxıstan Prezidentinin Rusiyaya diplomatik status baxımından ən yüksək dövlət səfərinə hazırlıq olub.

Kremlin mətbuat xidməti bəyan edib ki, Putin Tokayevi Respublika Günü münasibətilə təbrik edib:

“Telefon danışığında gündəmdəki ikitərəfli cari məsələlər müzakirə edilib. Kasım-Jomart Tokayevin Rusiyaya səfəri noyabrın 12-nə planlaşdırılıb”, – məlumatda bildirilib.

Qazaxıstan tərəfinin məlumatına görə isə söhbət zamanı iki lider, digər məsələlərlə yanaşı, mövcud qlobal vəziyyəti, eləcə də Moskva ilə Astana arasında strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafını müzakirə ediblər.

Paylaş: